Midiyanın faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Midiya dəniz molyusklarındandır və Mytilus sinfinə aiddir. Bu sinfə aid olan molyusklara bütün Dünya okeanının sularında rast gəlmək mümkündür. Onlar ikitərəfli simmetrik və oval şəkilli çanağın içərisində yerləşirlər.
Əsasən restoranlarda müxtəlif üsullarla yetişdirilmiş midiya molyuskundan istifadə edilir. Onun yetişdirilməsi üçün xüsusi fermalar və müəssisələr var. Bu müəssisələr midiya molyuskunun artırılması ilə məşğul olurlar. Bu proses çox çətin və maraqlı bir prosedir və onu ilk dəfə irlandiyalı balıqçılar tətbiq etmişlər.
Müasir dövrdə midiya molyuskunun artırılması ilə dənizin dibində fəaliyyət göstərirlər. Bu zaman xüsusi kanatlardan istifadə edilir. Midiyanın lazım olan qədər yetişməsi üçün 18 ay vaxt lazım gəlir.
Midiya molyuskunun faydalı xüsusiyyətləri
Midiya ətində yüksək keyfiyyətli zülallar var. Onun tərkibi fosfatidlərlə zəngindir. Onun əti qaraciyərin fəaliyyətinə müsbət təsir edir. Bu molyusklar çox yağlıdırlar, amma onların tərkibində olan yağlar orqanizm üçün faydalı hesab edilən yağlardandır. Bu yağların tərkibi doymamış yağ turşularından ibarətdir. Molyusk ətində olan yağlar beynin işini yaxşılaşdırır və kəskin görmənin artmasına səbəb olur. Midiya molyusku görmənin yaxşılaşmasına səbəb olur.
Midiya molyuskunun tərkibi müxtəlif mikro və makro elementlərlə zəngindir. Bu elementlərə sink, marqanes, yod, kolbat, 20 növ əzəvolunmaz amin turşuları, B2, B1, B6, PP, E, D vitaminləri var. Midiya əti ən güclü antioksidantlardan hesab edilir. Onun əti kolbatla çox zəngindir. Bu kiçik molyuskuda olan kolbatın miqdarı toyuq, donuz əti və onların qaraciyərində olan kolbatın miqdarında on dəfələrlə artıqdır. Elmi araşdırmalar midiya ətinin xərçəng əleyhinə təsirə malik olduğunu sübut edib. Tərkibində olan E vitamini orqanizmin immun sistemini yüksəldir və xəstələnmələrin qarşısını alır. Tərkibində olan bioloji aktiv maddələr, D və B qrup vitaminləri maddələr mübadiləsini yaxşılaşdırır. Onun tərkibi toyuq yumurtasının tərkibində çox bənzəyir. Midiya molyuskunun qida dəyəri çox yüksəkdir. Onun tərkibində olanlar qan hüyeyrələrinin əmələ gəlməsini sürətləndirir. Onun ətində çoxlu miqdarda qlikogen və mineral maddələr var. Bu maddələr həzm prosesinin normallaşmasına, orqanizmin tonusunun yüksəlməsinə səbəb olur.
Midiya molyuskundan adətən közdə kabab bişirilər. Bu zaman molyusklar közün üstünə qoyulmuş xüsusi dəmirin üstündə bişirilir. Midiyadan müxtəlif salatların hazırlanması zamanı da geniş istifadə olunur. Bəziləri midiya molyuskunu çiy şəkildə yeməyi xoşlayır, amma, bu məsləhət deyil. Midiya molyuskundan hazırlanan ən dadlı delikates onun limon şirəsi və şərabla qarışdırılmışından hazırlanan delikatesdir.
Midiya molyuskunun zərərli xüsusiyyətləri
Podaqra zamanı midiya molyuskundan hazırlanmış qidaları yemək məsləhət görülmür. Onun tərkibində olan zülallı birləşmələr podaqra xəstəliyinin əlamətlərini artıra bilir. Çoxlu miqdarda midiya molyusku yemək qanın laxtalanmasına səbəb ola bilir. Midiya molyusku allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir.
Pis şəraitdə saxlanılmış, görünüşü pozulmuş və iylənən molyuks yemək məsləhət görülmür. Bu orqanizmdə toksiki əlamətlərin meydana gəlməsinə səbəb olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: Dayım mənənə dəstək olmur" - (Video)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
XƏBƏR LENTİ
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: Dayım mənənə dəstək olmur" - (Video)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - (Foto)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
-
Türkiyədə bir gündə 20 zəlzələ
-
Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
-
2 iyul Azərbaycanda Polis Günüdür
-
Xalq artisti qızına 2 gün toy edəcək - (Foto)
-
İstanbulda güclü yanğın: Yaralılar var - (Foto)
-
Gəncədə azyaşlı xəstəxanada öldü
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)





