Midiyanın faydaları

15 Sentyabr 2020 21:15

Midiya dəniz molyusklarındandır və Mytilus sinfinə aiddir. Bu sinfə aid olan molyusklara bütün Dünya okeanının sularında rast gəlmək mümkündür. Onlar ikitərəfli simmetrik və oval şəkilli çanağın içərisində yerləşirlər.
Əsasən restoranlarda müxtəlif üsullarla yetişdirilmiş midiya molyuskundan istifadə edilir. Onun yetişdirilməsi üçün xüsusi fermalar və müəssisələr var. Bu müəssisələr midiya molyuskunun artırılması ilə məşğul olurlar. Bu proses çox çətin və maraqlı bir prosedir və onu ilk dəfə irlandiyalı balıqçılar tətbiq etmişlər.
Müasir dövrdə midiya molyuskunun artırılması ilə dənizin dibində fəaliyyət göstərirlər. Bu zaman xüsusi kanatlardan istifadə edilir. Midiyanın lazım olan qədər yetişməsi üçün 18 ay vaxt lazım gəlir.
Midiya molyuskunun faydalı xüsusiyyətləri
Midiya ətində yüksək keyfiyyətli zülallar var. Onun tərkibi fosfatidlərlə zəngindir. Onun əti qaraciyərin fəaliyyətinə müsbət təsir edir. Bu molyusklar çox yağlıdırlar, amma onların tərkibində olan yağlar orqanizm üçün faydalı hesab edilən yağlardandır. Bu yağların tərkibi doymamış yağ turşularından ibarətdir. Molyusk ətində olan yağlar beynin işini yaxşılaşdırır və kəskin görmənin artmasına səbəb olur. Midiya molyusku görmənin yaxşılaşmasına səbəb olur.
Midiya molyuskunun tərkibi müxtəlif mikro və makro elementlərlə zəngindir. Bu elementlərə sink, marqanes, yod, kolbat, 20 növ əzəvolunmaz amin turşuları, B2, B1, B6, PP, E, D vitaminləri var. Midiya əti ən güclü antioksidantlardan hesab edilir. Onun əti kolbatla çox zəngindir. Bu kiçik molyuskuda olan kolbatın miqdarı toyuq, donuz əti və onların qaraciyərində olan kolbatın miqdarında on dəfələrlə artıqdır. Elmi araşdırmalar midiya ətinin xərçəng əleyhinə təsirə malik olduğunu sübut edib. Tərkibində olan E vitamini orqanizmin immun sistemini yüksəldir və xəstələnmələrin qarşısını alır. Tərkibində olan bioloji aktiv maddələr, D və B qrup vitaminləri  maddələr mübadiləsini yaxşılaşdırır. Onun tərkibi toyuq yumurtasının tərkibində çox bənzəyir. Midiya molyuskunun qida dəyəri çox yüksəkdir. Onun tərkibində olanlar qan hüyeyrələrinin əmələ gəlməsini sürətləndirir. Onun ətində çoxlu miqdarda qlikogen və mineral maddələr var. Bu maddələr həzm prosesinin normallaşmasına, orqanizmin tonusunun yüksəlməsinə səbəb olur.
Midiya molyuskundan adətən közdə kabab bişirilər. Bu zaman molyusklar közün üstünə qoyulmuş xüsusi dəmirin üstündə bişirilir. Midiyadan müxtəlif salatların hazırlanması zamanı da geniş istifadə olunur. Bəziləri midiya molyuskunu çiy şəkildə yeməyi xoşlayır, amma, bu məsləhət deyil. Midiya molyuskundan hazırlanan ən dadlı delikates onun limon şirəsi və şərabla qarışdırılmışından hazırlanan delikatesdir.
Midiya molyuskunun zərərli xüsusiyyətləri
Podaqra zamanı midiya molyuskundan hazırlanmış qidaları yemək məsləhət görülmür. Onun tərkibində olan zülallı birləşmələr podaqra xəstəliyinin əlamətlərini artıra bilir. Çoxlu miqdarda midiya molyusku yemək qanın laxtalanmasına səbəb ola bilir. Midiya molyusku allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir.
Pis şəraitdə saxlanılmış, görünüşü pozulmuş və iylənən molyuks yemək məsləhət görülmür. Bu orqanizmdə toksiki əlamətlərin meydana gəlməsinə səbəb olur.

Milli.Az