Kamil insanın 12 xüsusiyyəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allahın xalis bəndələrinin ən üstün sifətlərinə nəzər salaq:
1. Yer üzündə təvazö ilə hərəkət edərlər.
2. O zaman ki, cahillər onlara xitab edər, xoş dillə və sağlam nəfslə cavab verərlər.
3. Gecələri İlahi eşqlə, Allahın razılığı üçün səcdə və qiyam edərlər.
4. Daima dua edərək deyərlər: "Pərvərdigara! Cəhənnəm əzabını bizdən uzaq et ki, ən pis əzabdır. Cəhənnəm pis mənzil və pis sonluqdur".
5. İnfaq edən zaman israf etməz, mötədil olarlar.
6. Allaha şərik qoşmaz, ancaq Allahı çağırarlar.
7. Allahın haram buyurduğu qətl və cinayətdən çəkinərlər.
8. Heç bir zaman çirkin əməl olan zinanı etməzlər. Çünki buna görə Qiyamət günü əzabları ikiqat olar. Məgər o kəslər ki, tövbə edər və yaxşı işlər görərlər. Bu zaman Allah günahlarını savaba çevirər. O kəs ki, tövbə edər, Allah tövbəsini qəbul edər.
9. Yalan yerə şəhadət verməzlər.
10. Nə zaman cahil insanlar ona qarşı çirkin əməl etsə, onu bağışlayarlar.
11. Nə zaman İlahi ayələri zikr edərlər, korlar və karlar kimi yanından keçib getməzlər. Bəlkə ona agah qəlb və görən gözlə baxar, onun haqqında düşünərlər. Mərifət və imanları artar.
12. Dua edən zaman deyərlər: "Pərvərdigara! Həyat yoldaşlarımızı və övladlarımızı elə kəslərdən qərar ver ki, gözümüzü aydınlandırsın, bizləri əməli salehlərin rəhbəri qərar ver".
Bu sifətlərə malik olan möminlərin mükafatı behişt qəsrləri və saraylarıdır ki, orada bir-birlərini salamlayar, sevinclə qarşılayarlar. Behiştdəki gözəllikc - əbədi gözəllikdir.
"Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər. Və o kəslər(dir) ki, "ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir" deyərlər. Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar. Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər'i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar. (Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır. Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.) O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər; Və o kəslər ki, Rəbblərinin (vəhy, Qur'an və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər);Və o kəslər ki, "ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et" deyirlər, səbirləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır! (Onlar) orada əbədi qalacaqlar (və ora) gözəl yer və gözəl məskəndir. (Müşriklərə) de: "Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır". ("Furqan" 63-77).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)
-
“Sabah”ın qapıçısı Kurtuaya şərik oldu
-
Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
XƏBƏR LENTİ
-
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)
-
AQEM Sammitində ölkə liderlərinin səmimi söhbətləri - (Video)
-
Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirildi
-
Sumqayıtda bağçada azyaşlı xəsarət aldı: Uşağın qolu sındı
-
“Sabah”ın qapıçısı Kurtuaya şərik oldu
-
Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - (Foto)
-
Safurənin də evini su basdı - (Foto)
-
Saleh Səmədova hökm oxundu
-
Qardaş ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək
-
Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)
-
Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib
-
İstanbulda son vəziyyət... - (Foto)
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
Mərkəzi Bank kredit faizlərinin hansı halda azala biləcəyini açıqlayıb
-
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
-
Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)
-
Hadisədən etiraf: “Yenidən evlənmək və ana olmaq istəyirəm”
-
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
-
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
-
Azərbaycan çox vacib uğurlara imza atıb - İsrail Prezidenti
-
Zelenski: “Özümü xəyanətə uğramış hiss etdim”





