Maraqlı

Oktyabrın 1-dən Facebook qaydalarında dəyişiklik olacaq

8 Sentyabr 2020 21:10
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook istifadəçilərə qaydalarında baş tutacaq dəyişikliklərlə bağlı bildiriş göndərib.

1 oktyabr 2020-ci il tarixindən etibarən "Xidmət göstərilməsi şərtləri"nin 3.2-ci bəndinə aşağıdakı yeniliklər əlavə olunacaq: "Facebooka hüquqi və normativ cəhətdən mənfi təsir göstərə biləcək və problemlər yarada biləcək hər hansı məzmun bizim tərəfimizdən silinə və ya profilindən istifadəsi məhdudiyyətləşdirilə bilər. Bunlar bizim problemlərdən yayınmağımız və yaranan problemləri yumşaldaraq, həll etməyimiz üçün edilir"

Biz əvvəlki tək istifadəçilərə platformamızdan tam ödənişsiz istifadəyə imkan veririk. İstifadəçilər yalnız reklamlar üçün ödəniş edərək, izləyici və alıcı kütləsi toplayırlar. Heç bir halda 3-ci tərəfə məlumatları ötürmürük. Yalnız hər kəsə açıq olan yaş, ünvan, maraqlara dair datalarınız tərəfimizdən toplanılır və ödənişli reklam verən şəxslərə targetdə istifadə etmək üçün köməklik məqsədi ilə təklif olunur. İstifadəçi istəmədiyi halda reklamı şikayət edə bilər və həmçinin profilindəki məlumatları gizlədə bilər - Facebookun rəsmi açıqlamasında qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.