Maraqlı

Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? - Alimlərin açıqlamaları təəccübləndirdi

6 Sentyabr 2020 15:52
Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı alimlər klapanlı və müdafiə ekranı olan maskaların effektivliyini yoxlamaq üçün tədqiqatlar aparıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, eksperimentin nəticələri "Physics of Fluids" portalında dərc olunub.

Tədqiqatlar zamanı mütəxəssislər müəyyən ediblər ki, nəfəs verilərkən ağızdan çıxan damcılar aerozol qoruyucu ekranın sərhədi boyu maneəsiz hərəkət edir. Vaxt keçdikcə onlar əvvəlki konsentrasiyada olmasa da, ətraf mühitdə yayılırlar.

Beləliklə, bu maskaların effektsizliyi müəyyən olunub.

Qeyd edək ki, bundan əvvəl alimlər adi cərrahi maskaların respirator xəstəlikləri qıcıqlandırıcılarının, o cümlədən koronavirusun yayılmasını yavaşlatdığını müəyyən etmişdilər.

Ona görə alimlər adi tibbi maskadan istifadəyə çağırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.