PUBG Mobile oyununda yeni Erangel xəritəsi təqdim olunacaq.
Milli.Az ted.az-a istinadən bildirir ki, oyun həvəskarlarının sevimlisi olan Erangel sentyabrın 8-də PUBG-nin ən son yenilənməsindən payını alacaq.
Yenilənmə özü ilə daha real görüntü, qrafika və şimşək çaxmalarının daha inandırıcı olmasını gətirəcək.
Eyni zamanda, xəritədə Mylta Power əlavə edilən yeddidən artıq depo ilə tamamilə dəyişəcək və daha qorxunc olacaq. Hərbi baza və malikanələr də müəyyən dəyişikliyə məruz qalacaq.
Milli.Az