Maraqlı

Rüb ərzində 295 milyon smartfon tədarük edilib

29 Avqust 2020 21:40
Baxış: 1 214
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ən böyük tədarükçülər siyahısında Samsung və Huawei qərarlaşıb.

Gartner analitik şirkətinin mütəxəssisləri smartfon bazarında bu ilin ikinci rübünə dair olan nəticələri açıqlayıb. Onların sözlərinə görə, COVID-19 pandemiyası sözügedən bazarı şikəst edib, bazarda illik ifadə ilə 20.4% azalma qeydə alınıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ümumilikdə rüb ərzində satış üçün 295 milyon cihaz tədarük edilib. Əsas tədarükçülər arasında ən ağır zərbə Samsung-a dəyib. Şirkət smartfonlarının satış həcmi 75,1 milyondan 54,8 milyon ədədə, yəni 27,1% azalıb. Bu da Cənubi Koreya istehsalçısının bazar payının 20,3%-dən 18.6%-ə enməsinə səbəb olub.

Maraqlıdır ki, ikinci yeri tutan və ABŞ-ın təzyiqi altında olan Huawei-in smartfon satışları cəmi 6,8% azalıb. Bu da Çin istehsalçısına il ərzində 15,7%-dən 18,4% qədər artan bazar payına görə, Samsung şirkətinə yaxınlaşmasına imkan verib. Üçüncü yerdə satışları cəmi 0,4% azaldan Apple şirkəti qərarlaşıb. İl ərzində onun payı 10,4%-dən 13%-ə yüksəlib. İlk beşliyə Xiaomi və Oppo da daxildir. Xiaomi satışları 21.5% azalaraq bazarın 8.9%-ni, Oppa-nın isə satışları 15.9% azalaraq, bazarın 8.0%-ni tutub. Bütün digər bazar iştirakçılarının ümumi payı il ərzində 37,1%-dən 33,2%-ə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.