Maraqlı

“iPhone 12” smartfonunun təxmini dəyəri açıqlanıb

27 Avqust 2020 23:15
Baxış: 1 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsayderlər "iPhone 12" qurğusunun təxmini dəyərini açıqlayıblar.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "iPhone 12" smartfonunun standart versiyasının qiyməti 700-800 dollar, "iPhone 12 Max"də isə 800-900 dollar təşkil edəcək. Qabaqcıl "iPhone Pro" cihazının qiyməti isə 1300 dollar olacaq.
 
Böyük displeyə malik smartfon üçün alıcılar 1400 dollar ödəməli olacaq.
 
"iPhone 12" və "iPhone 12 Max" smartfonları ikiqat kamera, "iPhone 12 Pro" və "iPhone 12 Pro Max" isə üç sensor və "LiDAR" texnologiyasına malik kameralar ilə təchiz ediləcək.
 
"iPhone 12" smartfonu bu ilin sentyabr ayının əvvəlində təqdim ediləcək və bir neçə gündən sonra satışına start veriləcək.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.