Maraqlı

“Facebook”un köhnə dizaynı sentyabrda tamamilə deaktiv ediləcək

25 Avqust 2020 07:11
Baxış: 1 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkəti 2019-cu ildə təqdim edilmiş yenilənmiş interfeysə son keçidi elan edib. Gələn aydan etibarən sosial şəbəkənin yeni versiyasından klassik versiyasına keçid mümkün olmayacaq.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Facebook"un 15 il mövcudluğu ərzində ən mühüm yenidən dizaynı ötən ilin mayında "F8" konfransında şirkətin direktoru Mark Zukerberq təqdim edib. Yuxarı hissədən göy rəngli başlıq aradan qaldırılıb, şriftin ölçüsü artırılıb, qara rəngli interfeys tətbiq edilib, interfeys isə daha işıqlı rəng tonlarında işlənilib.
 
"Facebook"un yeni dizaynı ilk olaraq "iOS" və "Android" üçün mobil proqramlarda aktivləşdirilib, bu ilin mayından etibarən isə kompüterlərdə başlanğıc ayar olaraq istifadə olunmağa başlanılıb. Bununla belə, istifadəçilər istənilən vaxt köhnə versiyaya keçid etmək imkanına malik olublar.
 
"Facebook"un məlumat xidmətinə istinadən "Engadget" nəşri yazıb ki, sentyabrda sosial şəbəkənin köhnə versiyası tamamilə deaktiv ediləcək.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.