Maraqlı

İşçiləri xoşbəxt edən an heç də maaş deyilmiş - Tədqiqat

22 Avqust 2020 15:00
Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm adamları və həkimlərin fikrincə, hər bir işçi ona verilən illik məzuniyyətdən səmərəli şəkildə istifadə etməlidir.

İşə olan sədaqət sağlamlığa zərər verməklə yanaşı, ömrü də qısalda bilər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, mütəxəssislərin hesablamalarına görə, həftədə 55 saatdan çox işləyən şəxslərin insult olmaq riski 33 faizdən çox olur. Onlarda ürək tutmaları həftədə 35-40 saat işləyənlər müqayisədə 30 faiz yüksək olur.

Bundan başqa, müəyyən edilib ki, işçi həftədə 48 saatdan çox çalışırsa, onun əmək qabiliyyəti zəifləyir.

Tədqiqatçılar müəyyən ediblər ki, məzuniyyəti gözləmək belə insanı xoşbəxt edir və əmək qabiliyyətini artırır. Bu isə istirahət gözləyən mütəxəssisin stressə davamlı və toparlanmış vəziyyətdə olması ilə əlaqəlidir.

Məzuniyyətsiz iş zamanı stress və xroniki yorğunluq yığılır. Bu özünü narahatlıq və somatik problemlərlə göstərə bilər.

Bəzi mütəxəssislərin fikrincə isə, məzuniyyətini təxirə salan şəxslərin ölüm riski 20 faiz daha yüksək olur.

Həkimlər xatırladır ki, məzuniyyət təkcə işgüzar məsələlərdən uzaq olmaq deyil, eyni zamanda sağlamlığa investisiya qoymaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.