Maraqlı

Fond birjalarında Bitkoinin həcmi iki ilin minimumuna yaxınlaşdı

22 Avqust 2020 09:04
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fond birjalarında saxlanılan bitkoinlərin həcmi 2018-ci ilin minimumuna qədər enib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Glassnode analitik şirkəti məlumat yayıb.

Məlumata görə, fond birjalarında saxlanılan bitkoinlərin miqdarı 2,61 milyon BTC-ə endirilib.

Nəzərinizə çatdıraq ki, cari ilin fevral ayında Bitkoinin miqdarı 2,95 milyon BTC-i aşaraq iki ilin maksimumuna çatmışdır. O vaxtdan bu göstərici 9%-dək azalıb.

Şirkət analitikləri fundamental Bitkoin göstəricilərinin yaxşılaşdığını da qeyd ediblər. Şəbəkənin vəziyyəti Glassnode Network Index (GNI) vasitəsilə izlənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.