Maraqlı

Dünyanın ilk dövlət kriptovalyutası buraxıldı

23 Avqust 2020 22:50
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litva Mərkəzi Bankı iyulun 23-ü dünyanın kolleksiya üçün nəzərdə tutulan ilk dövlət rəqəmsal valyutasını - LBCoin (Lietuvos Banko Coin) yaradılması elan etdi. LBCoin buraxılışı 1918-ci ildə elan edilmiş Litva Müstəqillik Aktının ildönümü və bu aktı imzalayan 20 imzaçıya həsr edilib. Lbcoin altı rəqəmsal token və bir fiziki sikkədən ibarətdir və dəyəri 99 avrodur.

Litva Mərkəzi Bankının sədri Vitas Vasiliauskas: "Lbcoin buraxılması Litvanın regional maliyyə texnologiyaları mərkəzi rolunu gücləndirəcəkdir."

Litva Bankı ilkin olaraq 4 min Lbcoin (24.000 token və 36,36 qramlıq 4.000 gümüş kolleksiya sikkəsi) buraxıb. Hər bir tokendə Müstəqillik Aktında olan 20 imzadan birini təsvir edilib. Tokenlər imzalayanların fəaliyyət sahələrinə görə altı kateqoriyaya (kahinlər, prezidentlər, diplomatlar, sənayeçilər, elm adamları, bələdiyyə rəsmiləri) bölünür. Lbcoin Mərkəzi Bankın rəqəmsal valyutası (CBDC) kimi istifadə edilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.