Maraqlı

Starbucks-ın qlobal satışları pandemiya vaxtı 40% enib

23 Avqust 2020 20:20
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəhvə şəbəkələri şirkəti Starbucks üçüncü maliyyə rübü ilə bağlı hesabatını açıqlayıb. Satışların 40% endiyini deyib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, şirkətin konsolidasiya edilmiş xalis gəlirlərinin həcmi 4,2 milyard dollar olub, bu isə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 38% azdır.

Belə bir dinamika isə koronavirus pandemiyası zamanı müəssisələrin bağlanması, biznesin yenidən təşkili, iş saatlarının azaldılması, müştəri trafikinin enməsi ilə bağlı olub.

COVID-19, həmçinin əməliyyatların 50% azalmasına səbəb olub.

Üçüncü rübdə Starbucks 130 yeni müəssisə açıb, bununla da restoranlarının sayını 32 180-ə çatdırıb. Kompaniya proqnozlaşdırır ki, dördüncü rübdə şirkətin bənzər satışları 12-17% azalacaq.

Eyni zamanda, belə bir nəticəni McDonald's-da təqdim edib. Onun qlobal, müqayisə olunmuş gəliri 23,9%, konsolidasiya edilmiş gəlirləri isə 30% enib.

Şirkətin xalis gəliri 68% azalıb, 1,5 milyard dollardan 484 milyona düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.