Maraqlı

Honk-Konq limanında koronavirusa yoluxma halı aşkar edilib

23 Avqust 2020 19:45
Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Honk-Konqun Kvai Tsin limanında 74 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, virusa yoluxmuş şəxslərdən 55-i limanın əməkdaşıdır. Digər xəstələr isə limanın əməliyyat xidmətinin işçiləridir.

Liman rəhbərliyi 100 nəfərdən çox əməkdaşını karantinə göndərib.  Rəhbərlik hazırda limanın fəaliyyətinin dayandırılması barədə müzakirələr aparır.

Honk-Konqun şimal-qərbində yerləşən Kvai Tsin limanı ildə təqribən 20 milyon TEU yük qəbul edib yola salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.