Maraqlı

Bayılma təhlükəli xəstəliklərin SİMPTOMU ola bilər

15 Avqust 2020 21:05
Baxış: 1 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayılma zamanı beyində qan axını qısa müddət ərzində kəskin azalır, təzyiq düşür və bunun nəticəsində insan bayılır.

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, bayılmanın müxtəlif səbəbləri ola bilər - havanın çatışmazlığı, ağrı, pis qoxu, qorxu, güclü stress və s. Həmçinin bayılmanın səbəbi bəzi dərman preparatlarının (sidikqovucu, təzyiq salan) qəbulu da ola bilər. Əksər hallarda bayılma heç bir ciddi pozulmaya işarə etmir. Lakin bu hal tez-tez təkrarlanırsa, buna fikir vermək lazımdır.

Bayılmaların tez-tez baş verməsi beyin qan dövranının ciddi pozulmasına işarə edir ki, bunun nəticəsində insanda işemik insult inkişaf edə bilər. Bu halda vaxtında həkimə müraciət etmək lazımdır.

Əgər insan səbəbsiz olaraq qəfil bayılıbsa bu ürək xəstəliklərinə də işarə edə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.