Maraqlı

Şaquli video axınında yeni çağ: iPhone ilə film çəkildi

11 Avqust 2020 23:20
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağıllı" telefonların satışa çıxarılması ilə birgə həyatımızın bir parçasına çevrilən şaquli videoların yeni çağı başlayır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Damien Chazelle iPhone ilə çəkdiyi şaquli film "Dublyor" ilə yeni cığır açıb.

Şaquli videolar əvvəllər çox tənqid edilir, hamını üfiqi video çəkməyə səsləyirdilər. Ancaq daha sonra sosial şəbəkələrinin təsirilə yeni format adiləşdi. Hətta Samsung şaquli videolara uyğun Sero adlı televizor modeli də təqdim etdi. İndi bu formatı gündəmə gətirən Damien Chazelle oldu.

Apple-dan verilən açıqlamada bildirilir ki, Damien Chazelle-in iPhone 11 Pro ilə çəkdiyi qısa filmi "Dublor" kinematoqrafiya tarixinə baxışdır: "Triller, səssiz film, casusluq və Western kimi klassik film janrlarını şaquli ekranda izləyərək kinonun yaxından tanıdığımız və çox sevdiyimiz sehrini yeni rakursdan kəşf edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.