Maraqlı

“Huawei GameCenter” oyun mərkəzi analoji “Google” servisini əvəzləyəcək

8 Avqust 2020 07:41
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti "GameCenter" oyun platformasını istifadəyə verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, analoji "Google" servisini əvəzləyəcək "GameCenter" bütün istifadəçi oyunlarının cəmləşəcəyi virtual məkandır. Platformanın əsas xüsusiyyətləri arasında eksklüziv onlayn oyun paketlərinin və oyundaxili xüsusi təkliflərin, o cümlədən oyun kontenti üçün digər platformalarda təqdim edilməyən endirimlər və əlavə funksiyaların mövcudluğu qeyd olunur.

"Huawei GameCenter" əvvəlcə Avropa, Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiya-Sakit okean regionu ölkələri olmaqla dünyanın 33 ölkəsində istifadəçilərin ixtiyarına veriləcək. Platformanı "Huawei AppGallery" əlavələr mağazası vasitəsilə quraşdırmaq olar.

"Huawei" və "GameCenter" qurğuları istifadəçilərinin əvvəlcə yararlanacağı oyunlar arasında "Starship Legion-AMG", "BORN AS EPIC", "Farm Legend", "Survival Road", "Ellr Land", "Dynasty Legends: True Hero Rises from Chaos", "Goddess MUA" yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.