Maraqlı

Ucuz Nokia C3 təqdim edildi - Azərbaycana gətiriləcəkmi?

6 Avqust 2020 21:20
Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ağıllı" telefon bazarında son vaxtlar çox da diqqət çəkməyən şirkətlərindən olan Nokia ucuz Nokia C3 ilə sükutu pozub.

Milli.Az ted.az-a istinadən bildirir ki, aşağı seqmentli Nokia C3 qalın çərçivəli standart dizaynla qarşımıza çıxıb.

Barmaq izi sensoru arxasında olan telefon iki fərqli rəngdə dizayn edilib. Bir çox modeldən fərqli olaraq batareyası (3040 mAs) dəyişdirilə bilən telefon gücünü səkkiznüvəli Unisoc SC9863 prosessorundan alır.

Cihazın operativ yaddaşı 3GB, daxili yaddaşı isə 32GB-dır. Bu göstərici yaddaş kartı vasitəsilə 128 GB-a qədər artırıla bilər.

Smartfonun ön kamerası 5, əsas kamerası isə 8 meqapikseldir.

MicroUSB enerji yığan telefon 5W enerjiyığma sürətinə malikdir. 5,99 düymlük LCD ekran daşıyan model HD+ görüntü verə bilir.

İlk olaraq Çində satışa çıxarılacaq telefonun qiyməti 100 dollardan başlayır. Əvvəlcədən sifariş etdikdə isə smartfon 95 dollara başa gəlir.

Qeyd edək ki, bu tip sadə smartfonlara Azərbaycan bazarında da diqqət böyükdür.

Nokia-nın ölkəmizdəki rəsmi nümayəndəliyi olan Mobitel-dən TED.az-a bildirilib ki, Nokia C3-ün ölkəmizə gətirilib-gətirilməyəcəyi barədə hansısa məlumat yoxdur: "Gətirildiyi təqdirdə bu barədə məlumat saytımıza yerləşdiriləcək".

O da vurğulanıb ki, smartfonun Azərbaycan bazarı üçün qiyməti hələlik bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.