Maraqlı

“Samsung”un smartfonları “Google”dan daha çox asılı olacaq

6 Avqust 2020 08:25
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Android"in əsas üstünlüklərindən biri əməliyyat sisteminin açıq olması hesab edilir. Bunun sayəsində hər bir istehsalçı istifadəçilərə öz qurğularında unikal bir təcrübə təklif edə bilər. Məsələn, "Samsung" öz xidmət və proqramlarını aktiv tanıdır, amma bu, tezliklə dəyişə bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Bloomberg" nəşrinin məlumatına görə, "Google" şirkəti Cənubi Koreyanın "Samsung" şirkətinin istehsalı olan qurğularda öz xidmətlərini irəli çəkmək üçün sonuncu ilə danışıqlar aparır. Məsələn, "Samsung"un smartfon və planşetlərində "Google Search", "Google Assistent" və "Google Play" xidmətləri "Bixby" virtual köməkçisi və "Galaxy Store" mağazası ilə müqayisədə sistemə daha çox inteqrasiya ediləcək. Gələcəkdə bu, brauzer daxil olmaqla, sağlamlığın izlənilməsi proqramı və başqa proqramları da əhatə edə bilər. Mənbənin məlumatına görə, "Google" şirkəti "Samsung"un qurğularında öz xidmətlərini tanıtmaq üçün pul ödəyəcək, amma razılaşmanın dəyəri açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.