Maraqlı

Qarabaşaq qocalmanı ləngidir?

8 Avqust 2020 21:50
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabaşaq yarmasının orqanizm üçün çoxsaylı faydaları var. İndi isə onun yaşlanmanı yubatdığı, uzunömürlü olmağa kömək etdiyi açıqlanıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan-Krasnoyarskdan olan alimlər, "uzunömürlülük zülalı" adlanan sirtuin-1 (SIRT1) səviyyəsini artıran bir pəhriz hazırlayıblar.

Sibir Federal Universitetinin (Krasnoyarsk) saytında açıqlanan məlumatda bildirilir ki, pəhriz qarabaşaq yeməyinə əsaslanır. Bu, tibbi pəhrizə müraciət etmədən ömrü artıracaq, bu da yaşlanmanı yavaşladır. Lakin bu, xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.
SIRT1 zülalı məməlilərin hüceyrələrindəki bir çox prosesdə, o cümlədən qocalma zamanı dəyişikliklərdə iştirak edir. Bədən stres altında olduqda, məsələn, bu zülal orqanizmdə kalorinin məhdudlaşdırılması zamanı  maksimum miqdarda əmələ gəlir. Beləliklə, alimlər inanırlar ki, bir adam nə qədər az kalorili yeyirsə, "uzunömürlük zülalı" o qədər aktiv olacaq.
Təcrübə zamanı mütəxəssislər tapıblar ki, qarabaşaq ilə zənginləşdirilmiş qida qəbul edən eksperiment siçovulları optimal çəki artımı göstəriblər və gəmiricilərin bədənində SIRT1-nin  səviyyəsinin 30 qat artdığını aşkar edilib.
"Dünyada biz  birinci olaraq qarabaşağın SIRT1 zülailı ilə əlaqəsini  öyrənməyə qərar verdik. Qida keyfiyyəti yüksək olduğu üçün bu, mütəxəssislər tərəfindən sevilir və həm də  geniş yayılıb".
Tədqiqatçılar hesab edirlər ki, qarabaşaq yarması çox miqdarda yeyilməlidir, bu, salatlar, şorbalar və ya adi sıyıq şəklində də ola bilər, amma əsas odur ki, xoşluqla yeyilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.