Maraqlı

Halınız yoxdursa, duanın hamısını oxumayın, hal ilə sadəcə bir hissəsini oxuyun…

1 Avqust 2020 20:55
Baxış: 654

Əmirəl-möminin İmam Əli (ə) elm və əməl barəsində belə buyurur: "Ən şiddətli əzab çəkən insan o alimdir ki, öz elmindən heç bir istifadə etməz".

Ola bilsin ki, insanların diqqətini cəlb etmək və ya pul qazanmaq üçün istifadə etsin, ancaq niyyəti özü üçün olmamışdır.

Allah Təala Həzrət Davuda (ə) vəhy edir ki, "Mənim elminə əməl etməyən alimə etdiyin ən kiçik şey - 70 əzabdan daha şiddətlisidir. O da budur ki, Məni yada salmağı qəlbindən çıxardaram".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təbarəkə və Təala heç kəsə zülm etməz. Sadəcə, insanların malik ola biləcəkləri tövfiqləri, onlar layiq olmadıqlarına görə onlardan alar. Belə insan dua edər, ancaq yerinə yetməz. Namaz qılar, ancaq diqqəti Allahda olmaz. Xülasə, münacatın ləzzətini hiss etməz. İnsanın münacat zamanı əldə etdiyi o ləzzət hissini qoruyub saxlaması çox mühümdür.

Rəhmətlik İmam (r) buyurur: "Dua oxuyan zaman daha çox oxumaq fikrində olmayın. Bəlkə duanı hal ilə oxumaq fikrində olun. Misal üçün, əgər halınız yoxdursa "Kumeyl" duasının hamısını oxumayın. Yarısını oxuyun, ancaq hal ilə oxuyun".

O alim ki, elminə əməl etməz, heykəldən fərqi olmaz. Bu insan dua edər, ancaq divara baxar və Kimə və nə üçün dua etdiyinə diqqət etməz.

Hər nə qədər yaşımız yuxarı qalxırsa, gərək hallarımıza bir o qədər çox diqqət edək və qəflət bizi öz belinə alıb qaçmasın. Axı hər keçən gün, bizi ölümə tərəf aparır.

Biz bu qəflət atından düşməyi bacarmalıyıq. Əks halda elə qəflət halında bu dünyanı tərk edəcəyik. (Həvzəh)

Sadəcə, hər gün çalışaq hansısa kiçik bir əməli, zikri diqqətlə yerinə yetirək, bir neçə dəqiqəlik hal əldə etməyə çalışaq. Uğur mütləq əldə olunacaq.

Allah tofiqat versin!

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.