Maraqlı

Məşhur aktrisa koronavirusdan sağaldı

28 İyul 2020 21:05
Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş hindistanlı aktrisa Ayşvariya Ray və onun qızı Aradhin evə buraxılıblar.

Milli.Az med.az-a istinadən bildirir ki, bu barədə Rayın həyat yoldaşı, hindistanlı aktyor Abhişek Baççan tvitterdə məlumat verib.

"Sizin daimi dualarınıza və xoş arzularınıza görə hamınıza təşəkkür edirəm... Ayşvari və Aradhinin testləri, xoşbəxtlikdən, mənfi nəticə verdilər və onlar xəstəxanadan buraxıldılar. İndi onlar evdə olacaqlar. Atamla biz tibb işçilərinin nəzarəti altında xəstəxanada qalacağıq", - Baççan yazıb.
Qeyd edək ki, daha əvvəl Baççan və onun atasında - Bollivud ulduzu Amitabh Baççanda da koronavirus aşkarlanmışdı. Abhişekin bildiridiyinə görə, xəstəlik onlarda yüngün formada keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.