Maraqlı

Koronavirusla bağlı dünyanı həyəcanlandıran xəbər

28 İyul 2020 22:05
Baxış: 1 532
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp koronavirusun əlində aciz qalan dünyanı həyəcanlandıran xəbəri bölüşüb.

Milli.Az med.az-a istinadən bildirir ki, prezident virusa qarşı daha bir vaksinin sınaqlarında son mərhələyə keçirildiyini deyib. Şimali Karolinadakı biotexnologiya mərkəzinə səfəri zamanı Tramp COVİD-19-la bağlı aparılan işlər barədə məlumat verib.

"İkinci bir COVİD-19 peyvəndinin sınaqlarında bir neçə gün ərzində son mərhələyə keçid ediləcək. Viruslara qarşı peyvəndlərin hazırlanması üçün adətən 1 ilə yaxın zaman tələb edilir. Bunlar ən sürətli hazırlanan vaksinlər ola bilərlər.
Amerika çox yaxında vaksini hazırlayıb, bu virusu məhv edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory