ABŞ prezidenti Donald Tramp koronavirusun əlində aciz qalan dünyanı həyəcanlandıran xəbəri bölüşüb.
Milli.Az med.az-a istinadən bildirir ki, prezident virusa qarşı daha bir vaksinin sınaqlarında son mərhələyə keçirildiyini deyib. Şimali Karolinadakı biotexnologiya mərkəzinə səfəri zamanı Tramp COVİD-19-la bağlı aparılan işlər barədə məlumat verib.
"İkinci bir COVİD-19 peyvəndinin sınaqlarında bir neçə gün ərzində son mərhələyə keçid ediləcək. Viruslara qarşı peyvəndlərin hazırlanması üçün adətən 1 ilə yaxın zaman tələb edilir. Bunlar ən sürətli hazırlanan vaksinlər ola bilərlər.
Amerika çox yaxında vaksini hazırlayıb, bu virusu məhv edəcək".
Milli.Az