Maraqlı

Yeni “Windows” üçün sistem tələbləri açıqlanıb

30 İyul 2020 08:15
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti "Windows"un növbəti yeniləməsi üçün sistem tələblərini açıqlayıb. Bu haqda şirkətin mütəxəssislərinə istinadən "MyDrivers" yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumatda "Windows 10" sisteminin yeni versiyası tərəfindən dəstəklənən prosessorlar göstərilib. Əməliyyat sistemi 10-cu nəsil "Intel", "Intel Core i3", "i5", "i7" və "i9", "E-22" seriyalı "Intel Xeon", "Intel Atom", "Celeron" və "Intel Pentium" prosessorları ilə işləyən kompüterlərə quraşdırıla bilər. Həmçinin "Windows" sistemini 7-ci nəsil "AMD" çipləri ilə işləyən kompüterlərə quraşdırmaq mümkün olacaq.

Açıqlanmış sistem tələblərində deyilir ki, əməliyyat sisteminin yeni versiyası yığcam qurğularda iş üçün optimallaşdırılacaq. "Qualcomm Snapdragon 850" və "8cx" prosessorlarının dəstəyi elan edilib.

Əməliyyat sisteminin qlobal yeniləməsinin çıxarılması oktyabr və ya noyabrda gözlənilir. Sistem yeniləməsi "Windows 10 20H2" adlandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.