Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə ikinci tədarükü üzərində işləyir.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
Məlumata görə, öhdəlik vaxtından əvvəl yerinə yetirilib və S-400 Triumph hava hücumundan müdafiə raket sistemi Türkiyəyə təhvil verilib. İndi çatdırılmanın mümkün ikinci hissəsi hazırlanır. İlk müqavilənin məbləğinin 2,5 milyard dollar olduğu qeyd olunur.
Qeyd edək ki, S-400 Triumph, bütün müasir aerokosmik hücum silahlarını, o cümlədən hipersonik silahları məhv edə bilən Rusiyanın uzun və orta mənzilli zenit raket sistemidir.
Milli.Az