Maraqlı

Toxunuşlara reaksiya verən yeni süni dəri hazırlanıb

21 İyul 2020 07:41
Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sinqapur alimləri toxunuşları 100% dəqiqliklə müəyyənləşdirən süni dəri təqdim edib. Texnoloji yenilik xəstələrə qulluq göstərən robot qurğularının işini təkmilləşdirəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "Intel" şirkətinin neyromorf çipindən istifadə edən Sinqapur Milli Universitetinin alimləri tərəfindən hazırlanmış süni dəri robotlara toxunuşları insanın sensor sistemindən min dəfə daha sürətli müəyyənləşdirməyə imkan verir. Yenilik, həmçinin obyektlərin formasını, teksturasını və möhkəmliyini analoqlarından 10 dəfə daha sürətli müəyyənləşdirmək imkanına malikdir. Tədqiqatçılar hesab edirlər ki, onların yeni texnoloji həlli insan və robot arasında qarşılıqlı əlaqəni yaxşılaşdıra bilər.

Universitetin komandası yeniliyin səmərəliliyini sübut etmək üçün ilk öncə süni dəri ilə təchiz edilmiş robot ələ Brayl şriftini oxumağı öyrədib. Bundan sonra avtomatlaşdırılmış əl taktil məlumatları ötürüb və onları çevirib. Dəqiqlik 92% təşkil edib, qurğu analoqlarla müqayisədə 20 dəfə daha az enerji istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.