Maraqlı

Britaniya kafesində sosial məsafəni məftil ilə saxlayırlar

18 İyul 2020 21:20
Baxış: 912
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyada yerləşən kafelərdən birinin rəhbərliyi vətəndaşların sosial məsafə qaydalarına riayət etmələri üçün maraqlı həll tapıb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  "The Star Inn" adlı kafedə sosial məsafə problemini gərginlikli məftil vasitəsilə həll ediblər.

Məftil bar piştaxtasının yanında yerləşdirilib, beləliklə, insanlar barmenlərdən kifayət qədər uzaq əyləşməyə məcburdurlar.

Müəssisənin sahibləri bildiriblər ki, onlar ziyarətçilərin barmenlərə yaxınlaşmaqlarına və bar piştaxtasının yanında kütləvi şəkildə yığılmaqlarına görə, mübarizə aparmaqdan yorulublar. Bu addım nəzakətli xahişlərin işə yaramadığı anlaşıldıqdan sonra atılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.