Maraqlı

Günəş panelləri olan Cybertruck necə görünərdi?

18 İyul 2020 19:40
Baxış: 1 121
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tesla şirkətinin CEO-su Elon Musk-ın bu yaxınlarda pick-up model olan Cybertruck-da gündə təqribən 25 kilometr məsafəni təmin edən günəş panelinin ola biləcəyi ilə bağlı verdiyi açıqlamalar bir dizayneri ilhamlandırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Slav Popovski hazırladığı konsepsiya dizaynda Cybertruck-a əlavə ediləcək panelin necə göründüyünü göstərib.

Bildirək ki, avtomobil onsuz da futuristik dizayna sahibdir. Günəş panellərinin artırılması ona daha da qəribə görünüş bəxş edəcək.

Belə görünür ki, elektrik mühərrikli Cybertruck avtomobili 2021-ci ilin sonlarında yola çıxdığı zaman hər kəsin təəccüb və həyəcanına səbəb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.