Maraqlı

Karantində baxımlı qalmağın asan yolları

11 İyul 2020 16:06
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bildiyiniz kimi, ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejimi yenidən qüvvəyə minib. Bütün vaxtımızı evdə keçirmək hər nə qədər sıxıcı görünsə də, bunu fürsətə çevirmək öz əlimizdədir. Karantin rejimi ev şəraitində özünə qulluq üçün də yaxşı bir fürsətdir.

Bəzi xanımlar "özünə qulluq" dedikdə makiyaj etməyi nəzərdə tutsa da, heç də elə deyil.

Milli.Az Lent.az-a istinadən evdə möhtəşəm görünməyin kiçik sirlərini sizə təqdim edir:

Qadınların davamlı etməli olduğu qulluq üsulları var. Bunlara üzə və saça qulluq, manikür, pedikür daxildir. 

Mükəmməl və selulitsiz vücuda sahib olmaq istəyirsinizsə, duşa girməzdən öncə bədəninizi fırçalayın. Bu qan dövranınızı sürətləndirib, dərinizi daha canlı göstərəcək.

Adətən, gərgin iş rejimi ilə bağlı olaraq bir çoxumuz ayağa qulluğu unuduruq. Qidalandırıcı, yaxud nəmləndirici tərkibli kremi topuqlardan barmaq uclarına qədər çəkib, üzərinə də yun corab geyinərək həm ayaq dərinizin yumşaldılmasına, həm də pedikürünüzün daha qalıcı olmasına şərait yarada bilərsiniz.

Üz dərinizi yaxşıca təmizləyib qan dövranını sürətləndirərək ona canlılıq bəxş edə bilərsiniz. Bunun üçün ilıq suyun içinə bir qədər efir yağı əlavə edib qarışdırın. Əldə olunan məhlulu üzünüzə sürtün, sonra dəsmal ilə dərinizə basdırın.

Cildi gözəlləşdirməyin bir digər yolu isə maskadır. Gil tərkibli maskalar gözənəkləri açmağa və dərini aydınlatmağa xidmət edir. Quru dərilər üçün isə, əsasən tərkibində nəmləndiricilər olan maskalara üstünlük verə bilərsiniz.

Saçlar hər gün toz, kir, qızmar günəş şüası, külək və bu kimi digər ətraf mühitin mənfi təsirlərinə məruz qalır. Bundan əlavə, saçlarınızı formaya salmaq üçün istifadə olunan fenlər onlara olduqca mənfi təsir göstərir. Karantin günləri onları parlaq və canlı etmək üçün yaxşı bir fürsətdir. Bunun üçün yumurta və bal tərkibli maskalar etməyiniz tövsiyə olunur.

Əllərin dərisində qoruyucu hidrolipid qatı az olduğundan onlar daha tez qocalır. Yaşlanmanı yavaşlatmaq üçün quru dərili əllərə nəm maskalar etmək məqsədə uyğundur. Yatmazdan öncə bal və yumurta sarısından hazırlanmış qatışığı əllərinizə sürtün.

Mütəxəssislər bu müddətdə mümkün qədər stressdən uzaq qalmağı və yuxu rejiminizə xüsusi diqqət etməyi də məsləhət görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.