Maraqlı

İnsanlar smartfonda 40% daha çox vaxt keçiriblər

14 İyul 2020 08:05
Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya səbəbindən dünyanın bir sıra ölkələrində özünü təcridetmə rejiminin tətbiqi və milyonlarla əməkdaşın məsafədən işləməyə məcbur olması mobil proqramlardan istifadədə böyük dəyişikliklərə səbəb olub. 2020-ci ilin ikinci rübündə dünyada insanlar tərəfindən smartfonda keçirilmiş vaxt 40% yüksəlib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "App Annie" şirkətinin hesabatında belə məlumatlar yer alıb. Şirkətin məlumatına görə, bu statistika "Android" qurğulara aiddir.

Cari ilin aprelindən iyun ayınadək olan dövrdə planetin sakinləri orta hesabla hər ay mobil proqramlarda 200 milyard saatdan çox vaxt keçiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.