Maraqlı

ABŞ hakimiyyəti öz ərazisində TikTok-u bağlamağı müzakirə edir

9 İyul 2020 22:40
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hakimiyyəti TikTok tətbiqini ölkə ərazisində əngəlləməyi planlaşdırır. Buna səbəb kimi tətbiqin istifadəçinin fərdi məlumatlarını Çin dövlət orqanlarına ötürə bilmə ehtimaldır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Fox News-a müsahibəsində ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Pompeo bildirib ki, Çin texnologiyası ölkənin milli təhlükəsizliyinə təhdid yarada bilər.

Bundan əlavə, Pompeo əlavə edib ki, ABŞ prezidenti Donald Tramp tezliklə bu mövzuda rəsmi açıqlama verəcək.

Fox News-un məlumatına görə, ABŞ-da təxminən 30 milyon, dünyada isə 700 milyondan çox TikTok istifadəçisi var.

Qeyd edək ki, bir müddət əvvəl TikTok sosial şəbəkəsi eyni səbəbə görə Hindistan ərazisində də bağlandı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.