Maraqlı

Pandemiya dövründə estetik əməliyyatlar qadağan olunmaldır

7 İyul 2020 20:10
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda koronavirusa yoluxanların sayının durmadan artması ilə Səhiyyə Nazirliyi xəstəxana çarpayılarından "əlverişli istifadə etmək" zərurəti ilə əlaqədar ölkədə estetik əməliyyatların həyata keçirilməsinin müvəqqəti qadağan edildiyini açıqlayıb.

Bu barədə İran Səhiyyə nazirinin müavini Qasim Canababayi "Mehr" informasiya agentliyinə məlumat verib.

O, İranda bütün tibb universitetlərinin rektorlarına ünvanladığı məktubda qeyd edib:

"COVID-19 epidemiyasına yoluxan xəstələrin sayının artması və xəstəxana çarpayılarından daha vacib xəstələr üçün istifadə etmək zərurəti ilə əlaqədar, sırf estetik və qeyri-terapevtik cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi müvəqqəti qadağandır".

Son həftələrdə İranın müxtəlif bölgələrində koronavirusa yoluxma və ölüm hallarının sayı xeyli artıb və hətta iki-üç günlük infeksiyadan sonra yüngül simptomları olan gənclərin də həyatını itirməsi ilə bağlı xəbərlər yayılıb.

Son iki həftə ərzində İranın səhiyyə rəsmiləri, ölkədə COVID-19-la bağlı vəziyyətin mart ayında olduğu kimi, xəstəliyin kritik günlərinə yaxınlaşması ilə əlaqədar dəfələrlə xəbərdarlıq edərək, vətəndaşları sanitariya-gigiyena qaydalarına əməl etməyə çağırıblar.

Bununla belə, İranda insanların maskadan istifadə və sosial məsafəyə məhəl qoymadıqlarını sübut edən müxtəlif görüntülər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.