Maraqlı

İstənilən səthi sensora çevirəcək elektron sprey təqdim olunub

4 İyul 2020 08:31
Baxış: 810
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

3D çap və püskürdülən elektron texnologiyalar metodlarının birləşməsi sayəsində tədqiqatçılar, demək olar ki, istənilən səthə uyğunlaşdırıla bilən yeni tip sensor ekran hazırlayıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, təqdimat çarxında "ProtoSpray" texnologiyasının kub, yarımkürə və Möbius lenti ilə işləmə prosesi nümayiş etdirilib.

Bu obyektlər çap edilmiş 3D alt qat, ona birləşdirilmiş elektrodlar və bərabər paylanmış elektrolüminessensiya mürəkkəb təbəqəsindən ibarətdir. Tədqiqatçıların sözlərinə görə, onların məqsədi insanlarda ekranlar haqqında yeni anlayış yaratmaqdır.

Elektrik cərəyanı verildikdə rənglənmiş səthlər qismən yanır və ya sadə sensor toxunuşlara reaksiya verir ki, bunu da, məsələn, qapıların açılması və ya muzeylərdə ekskursiyalar üçün işıqsaçan işarələrin yaradılmasında istifadə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.