Maraqlı

“Microsoft” silinmiş faylların sürətli bərpası üçün proqram təqdim edib

2 İyul 2020 08:11
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows" əməliyyat sistemində silinmiş fayllar müəyyən müddət "Səbət"də saxlanılır. Lakin sistem məlumatları bərpa etmək imkanı olmadan tamamilə silmək imkanına da malikdir. Bu kimi hallarda istifadəçilərin həyatını asanlaşdırmaq üçün "Microsoft" silinmiş, itirilmiş və ya zədələnmiş faylları bərpa etmək üçün pulsuz utilit təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Windows File Recovery" proqramı "NTFS", "FAT", "exFAT" və "ReFS" fayl sisteminə malik daxili və ya kənar SSD, HDD, fləş kart və ya yaddaş kartından silinmiş məlumatları bərpa etməyə imkan verir. Utilitin köməyi ilə aşağıdakı formatlı faylları bərpa etmək olar: "JPEG", "PDF", "PNG", "MPEG", "Office" faylları, "MP3", "MP4", "ZIP" arxiv və sairə.

Bərpa prosesi əmr sətrinin köməyi ilə yerinə yetirilir. İstifadəçi silinmiş faylın yolunu, onun adını, həmçinin bərpa etmək üçün lazım olan yeri göstərməlidir.

"Windows File Recovery" proqramını "Microsoft Store" internet mağazasından yükləmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.