Maraqlı

Sürücülük vəsiqələri smartfonlara daşınacaq

30 İyun 2020 21:05
Baxış: 773
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın telekommunikasiya şirkətləri sürücülük vəsiqələrinin PASS mobil tətbiqinə inteqrasiyası layihəsi üzərində işləyirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu ölkədə iyuldan sürücülük vəsiqələri yalnız rəqəmli formada təqdim olunacaq.

Yayılan məlumatlarda tətbiqin həm Android, həm də iOS ilə işləyən cihazlara yüklənəcəyi bildirilir. İstifadəçilər mobil proqramda rəqəmli lisenziya, şəkil, QR kod və ştrix kod vasitəsilə məlumatlarını qeyd edə biləcəklər. Proqramdakı məxfi informasiyalar ekran görüntüsünü kənar gözlərdən gizlədən xüsusi animasiya və blokçeyn texnologiyaları ilə qorunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.