Gülnarə Xəlilova “Aspara” dəb həftəsi çərçivəsində “İpək Sərvət” adlı kolleksiyasını təqdim edib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı dizayner Gülnarə Xəlilova "Aspara Fashion Week"in beşinci mövsümü çərçivəsində kəlağayıdan hazırlanmış üst geyimdən ibarət "İpək Sərvət" adlı eksklüziv kolleksiyasını təqdim edib. Trend-in məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkənin dizaynerlərinin iştirakı ilə dördgünlük "Aspara Fashion Week" (Qazaxıstan, Taraz) onlayn rejimdə keçirilib. Nümayişdən qabaq iştirakçılara ingilis dilində müraciət olunub.
Moda evinin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova deyib: "Mənim müxtəlif kolleksiyalarım buna qədər Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə keçirilmiş Dəb həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim olunub. Mən bu kolleksiyanı da beynəlxalq podiumlarda göstərməyi planlaşdırmışdım, lakin məlum olduğu kimi koronavirus pandemiyası əlaqədar bütün tədbirlər ləğv olunub. "Aspara Fashion Week" layihəsinin təsisçisi, Qazaxıstanın tanınmış dizayneri Aydarxan Kaliyevə göndərdiyi dəvətə görə minnətdarlığımı bildirmək istərdim. Layihə yüksək səviyyədə keçirildi və biz çoxlu parlaq və maraqlı kolleksiya gördük. Həmkarlarıma gələcəkdə yaradıcılıq uğurları arzulayıram, beynəlxalq arenada görüşənədək".
Xatırladaq ki, bu kolleksiya ilk dəfə 2019-cu ilin noyabr ayında təqdim olunub. Layihə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə "Azerbaijan Kelagayi" ("Azərbaycan kəlağayısı") milli brendi ilə birlikdə həyata keçirilib. Tədbir ənənəvi sənət və rəmz olan kəlağayının, onun hazırlanmasının və geyinilməsinin Azərbaycan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına beş il əvvəl daxil edilməsinə həsr olunub. Kəlağıyadan hazırlanmış üst geyimi ilk dəfə göstərilib. Medianın simaları və ulduzlar modellər qismində çıxış ediblər. Kəlağayı Azərbaycanın milli qadın baş örtüyüdür. O, yerli istehsal olan bükülməmiş saplardan hazırlanan ipək şaldır və ənənəvi üsulla üzərinə mum vasitəsilə basma naxışlar vurulur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
XƏBƏR LENTİ
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Video/Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)





