Maraqlı

Orqanizmin sağlamlığını tər damcısına əsasən öyrənmək mümkün olacaq

4 İyul 2020 15:42
Baxış: 1 165
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin Siantan Universitetinin alimləri təri analiz etməklə orqanizmin sağlamlığını izləyən mini cihaz yaradıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, hamımız tərləyirik və bu, tamamilə normal fizioloji prosesdir. Tərdə bir çox xəstəliklərin diaqnozu üçün yaxşı göstərici olan Ph və qlükoza kimi bir çox biomarkerlərimiz var.

Cihaz tər vəzlərinin yaxınlığında dəriyə yapışan lentlə yerləşəcək.

Sözügedən qurğu hidrofobik-su itələyici klapanı olan bir neçə kameranın quraşdırıldığı mini qabdadır.

Tərtibatçılar cihazın həkimlər və idmançılar üçün faydalı olacağına əmindirlər, çünki bədənin həddindən artıq istiləşməsini izləyə və ya fiziki fəaliyyət səviyyəsini tənzimləyə biləcəklər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.