Maraqlı

Koronavirus infeksiyasına yeni simptomlar əlavə olunub

26 İyun 2020 17:55
Baxış: 3 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus infeksiyasının simptomları siyahısını genişləndirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mütəxəssislər simptomlar sırasına burun tutulması, zökəm, ürəkbulanma və ishal əlavə edib.

Bundan əvvəl koronavirus simptomları arasında yüksək temperatur, öskürək və nəfəs darlığı yer alırdı. Daha sonra bu simptomlara boğaz ağrısı, titrətmə, əzələ ağrısı, dad və iy bilmənin itməsi əlavə olunmuşdu.

Qeyd edək ki, bu günədək dünyada 9,7 milyondan çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı isə 492 min nəfəri keçib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.