Maraqlı

Əslindən daha baha minisurət - Lamborghini Aventador Gold

25 İyun 2020 23:45
Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həqiqi avtomobillər qədər onların kiçik ölçülü surətlərinə də olduqca böyük maraq var.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu modellər şəxslərin həm sahibi olduqları, həm də arzuladıqları avtomobilləri əldə etmələrinə imkan tanıyır. Bu surətlərin ən yaxşılarını isə Böyük Britaniyada fəaliyyət göstərən Amalgam Collection hazırlayır.

Şirkət avtomobilləri daxildən xaricə doğru, orijinalı ilə tamamən eyni şəkildə hazırlayır. Surətlər xüsusi şəkildə, lazer vasitəsilə modelləşdirilir. Bəzi modellərin yığılmasına 200-400 saat vaxt ayrıldığı bildirilir.

Firmanın yığdığı modellər arasında Formula 1 bolidləri, əfsanəvi klassiklər, superkarlar və başqa avtomobillər yer alır.

Dünyanın ən bahalı avtomobil surəti isə 7,5 milyon avro qiymət ilə Lamborghini Aventador Gold modelidir.

Ümumilikdə isə şirkətin yığdığı modellərin qiyməti 10-15 min dollar arasında dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.