Genesis yeni dizel mühərrikinə verilən zəmanəti iki dəfə artırıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Genesis şirkəti yeni 3,0-litrlik turbodizel mühərrikinə verilən zəmanəti iki dəfə artırmaq qərarına gəlib. Bu gündən başlayaraq, bu aqreqata verilən zəmanət 10 il və ya 200 min kilometr təşkil edir. Zəmanətin artırılmasının səbəbi müştərilərin dizel mühərrikində yaranan vibrasiyalardan şikayət etməsi olub.
Xatırladaq ki, qüsur daxili bazarda satılan 3,0-litrlik SmartStream turbodizeli ilə təchiz edilmiş avtomobillərdə özünü biruzə verib. GV80 sahibləri mühərrikin işləməsi zamanı əmələ gələn güclü titrəmələrdən şikayətlənirlər. Genesis şirkəti dizel modifikasiyasının istehsalını və göndərilməsini dayandırmaq qərarına gəlib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Genesis şirkətinin nümayəndəsi 278 at qüvvəsi və 588 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizel ilə bağlı problemlərin olduğunu etiraf edib. Koreya şirkəti, aşağı dövrələrdə mühərrikdə yaranan titrəmələrin təhlükəsizliyə təsir göstərmədiyini və ilkin məlumatlara görə, qüsurun karbon çöküntülərinin yığılması ilə əlaqəli olduğunu vurğulayıb.
Genesis markasının rəsmi dilerləri yığılan çöküntülərin çıxarılmasına zəmanətə əsasən təmizləməyə hazır olduqlarını bildiriblər. Əlavə olaraq, problemin səbəbini müəyyənləşdirmək üçün, istehsalçı turbomühərrikdə yoxlama aparacaqdır.
Rəsmi məlumatlara görə, dörd ay ərzində Cənubi Koreyada təxminən səkkiz min dizel mühərrikli Genesis GV80 krossoveri satılıb və daha on min krossoverə əvvəlcədən sifariş rəsmiləşdirilib.
Digər ölkələrdən olan müştərilər belə problem ilə üzləşməyiblər, çünki ABŞ və Çin bazarında Genesis GV80 modelinin yalnız benzin versiyaları satılır. Genesis, dizel mühərriki ilə yaşanan probleminin 2,5 və 3.5 litrlik benzin turbomühərriki ilə təchiz edilmiş krossoverlərin istehsalına və tədarükünə təsir göstərməyəcəyini bildirib.
Böyük ehtimalla, Genesis ilk krossoverinin ixrac versiyalarında keyfiyyət problemlərini aradan qaldırmaq üçün daxili bazar üçün nəzərdə tutulmuş GV80 modelinin buraxılışını dayandırmaq qərarına gəlib. Koronavirus böhranı səbəbindən avtomobillərə olan tələb azalıb, buna görə də konveyerin qısamüddətli dayandırılması və çatdırılmaların saxlanılması istehsalçı üçün o qədər ağrılı olmayacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mıhlama nə ilə yeyilir?
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





