Maraqlı

Feysbuk və İnstaqram siyasi reklamı tamamilə aradan qaldıra bilər

20 İyun 2020 21:15
Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ ki, yenilik yalnız ABŞ-da keçərlidir, amma tezliklə digər ölkələrdə də tətbiq olunacaq.

Bu gündən etibarən ABŞ-da Feysbuk istifadəçiləri bu sosial şəbəkədəki bütün siyasi reklamları tamamilə deaktiv edə biləcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu istiqamətdə ilk addımlar ötən il, şirkət siyasi reklamı yumşaltmağa çalışarkən başlayıb.

Yeni funksiya sayəsində istifadəçilər hansı reklam mesajlarını gördüklərinə nəzarət edə biləcəklər. Şirkət nümayəndələri bu qərarın yanvar ayında verildiyini və bu il ABŞ-da keçiriləcək prezident seçkilərinə görə tətbiq edildiyini vurğulayıblar.

Siyasi reklamı bağlamaq seçimi artıq ABŞ-dakı bəzi istifadəçilər üçün əlçatan olub. Yaxın günlərdə yeni funksionallığın tam miqyaslı formada yerləşdirilməsinə başlanacaqdır.

Qeyd edək ki, bu yenilik İnstaqram sosial şəbəkəsinə də şamil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.