Maraqlı

Şəkillərin keyfiyyətini 60 dəfə yaxşılaşdıran süni intellekt təqdim edilib

20 İyun 2020 07:41
Baxış: 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni süni intellekt şəkillərin keyfiyyətini 60 dəfə yaxşılaşdırır. Hələ ki yenilik təhlükəsizlik kameralarının görüntülərindən insanları tapmağa kömək edəcək. Amma gələcəkdə tibb, astronomiya və başqa sahələrdə istifadə edilə bilər.

Milli.Az techland.az-a istinadən bildirir ki, Dyuk Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış süni intellekt insanların şəkillərdəki bulanıq, tanınmaz halda olan sifətlərini hətta kiçik detalların belə seziləcəyi keyfiyyətli fotoşəkillərə çevirə bilər. Əvvəlki metodlar üz şəkillərini yalnız 8 dəfəyədək yaxşılaşdıra bilirdi. Amma bu komanda onları 64 dəfəyədək yaxşılaşdırmaq üsulunu axtarıb tapıb.

Sistem ilk növbədə insanların eyniləşdirilməsi üçün istifadə ediləcək. O, təhlükəsizlik kamerasından əldə edilmiş tanınmaz halda olan şəklin  keyfiyyətini yaxşılaşdıra biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.