Maraqlı

OPPO A91 smartfonu təqdim edildi

18 İyun 2020 21:15
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

OPPO şirkəti OPPO A91 yeni smartfonunu təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, smartfon AMOLED matrisli və Full HD təsvir ölçülü 6,4 düymlük ekranla təchiz edilib. Displey Gorilla Glass 5 şüşəsi ilə qorunur.

Barmaq izləri skaneri ekranın alt hissəsində yerləşdirilib və təxminən 0,3 saniyə ərzində reaksiya verir.

Arxa paneldə 4 kameradan ibarət sensor yerləşdirilib. Həmçinin smartfonda 8 meqapiksellik genişbucaqlı sensor var, 3 sm məsafədən makro rejimdə foto çəkiliş etməyə imkan verir. Təsvir ölçüləri 2 mp olan digər iki sensor portret çəkilişində istifadə edilir. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

Smartfon 2,1 QHs takt tezlikli 8 nüvəli "MediaTek Helio P70" prosessoru ilə təchiz edilib, əməli yaddaşın tutumu 8 GB, daxili yaddaşın tutumu isə 128 GB-dır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.