Maraqlı

Türkiyənin pilotsuz uçuş aparatı 200 min saat uçuş həyata keçirib

16 İyun 2020 23:55
Baxış: 2 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin milli istehsalı olan "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatı (SİHA) 200 min saat uçuş həyata keçirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Bayraktar TB2" 2014-cü ildə Türkiyə Milli Müdafiə Nazirliyinin aviasiya arsenalına daxil edilib. Ötən illərdə böyük uğurlar qazanan bu aparatın təkmilləşdirilməsi istiqamətində də önəmli addımlar atılıb. "Bayraktar TB2" 2019-cu ildə Küveytdə keçirilən aviasiya sərgisində fasiləsiz  27 saat 3 dəqiqə uçuş edərək rekord qazanıb. Bundan başqa, sözügedən aparat cari il yanvarın 24-də Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələnin miqyasını öyrənmək üçün 25 dəqiqəlik uçuş əsasında mühüm məlumatlar toplayıb. "Bayraktar TB2" aparatı Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçuların yerlərini müəyyənləşdirməsi işində mühüm rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.