Maraqlı

Nokia-nın 108 Mp kameralı smartfonu haqqında YENİ DETALLAR

16 İyun 2020 21:55
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HMD Global üç yeni "ağıllı" telefonunu təqdim etməyə hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, daha öncə bu ilin üçüncü rübündə satışa çıxarılacağı deyilən Nokia 9.3 PureView modelinin 2020-ci ilin son rübündə təqdim ediləcəyi bildirilir.

Bəzi qaynaqlardan sızdırılanlara görə, COVID-19 pandemiyasından dolayı telefonların satışa çıxarılmasında gecikmə yaşana bilər.

Qeyd olunur ki, 9.3 PureView modeli 120 Hz ekran və Qualcomm Snapdragon 865 prosessoruna sahib olacaq.

Snapdragon 700 prosessorundan güc alacaq 5G dəstəkli Nokia 7.3-ün də yolda olduğu vurğulanır.

Nokia 6.3-ün isə Snapdragon 730 və ya Snapdragon 675 prosesor ilə təmin ediləcəyi gözləntilər arasındadır. Bu modeldə, böyük ehtimalla, dörd kamera quraşdırılacaq.

Nokia 9.3 PureView-in kamerası ilə cığır açacağı da deyilir. 108 meqapiksellik kameraya sahib olacağı ifadə edilən smartfonun saniyədə 30 kadrlıq 8K videoqeyd apara bilcəyi də söylənir. Telefonun 8K video məsələsində yüksək səviyyəli performans göstərməsi üçün ciddi iş aparıldığı qeyd edilir.

Hələlik smarfonların qiyməti haqqında məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.