Maraqlı

VKontakte sosial şəbəkəsi TikTok-la rəqabət üçün milyonlar xərcləyəcək

16 İyun 2020 21:50
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl Rusiyanın məşhur VKontakte sosial şəbəkəsi TikTok tətbiqinin analoqunu işə saldığını elan edib. "Kliplər" adını alan bu yenilik vasitəsilə şəbəkə istifadəçiləri şaquli formada qısa videolar paylaşa biləcəklər. Bu günlərdə isə VKontakte-nin TikTok-la rəqabət aparmaq üçün nə qədər pul xərcləyəcəyi məlum olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, VKontakte sosial şəbəkəsi TikTok-la rəqabət aparmaq üçün 1 milyard rubl (təx. 24 milyon manat) vəsait xərcləyəcək.

Bu vəsait həm məzmun istehsalına, həm də bölmə və videonun müəlliflərini, o cümlədən pul qazanma proqramını tanıtmaq üçün yönəldiləcəkdir. Ayrıca, investisiya qoyuluşlarının müəyyən bir hissəsi marketinq vəzifələri üçün ayrılacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.