Maraqlı

Tesla-nın elektrikli yük maşını istehsala hazırdır

16 İyun 2020 21:40
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elon Musk uzun illər ərzində malların daşınması üçün nəzərdə tutulmuş elektrikli yük maşını olan Tesla Semi-nin konsepsiyasını düşündü. Hazırda məlum olub ki, avtomobil layihəsi istehsal mərhələsinə keçid edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Musk işçilərə göndərdiyi elektron məktublarda Tesla Semi-ni istehsal etməyin vaxtı gəldiyini bildirib.

"Tesla Semi-ni həcmli istehsala çıxarmağın vaxtıdır. O, məhdud istehsalda olduğu müddətdə dizaynın bir çox aspektlərini təkmilləşdirməliyik", - deyə E.Musk qeyd edib.

Məlumata görə, akkumulyatorlar və digər elementlər Nevada şəhərində Tesla fabrikində istehsal olunacaq.

Xatırladaq ki, bir neçə ay öncə Elon Musk Semi avtomobilinin əvvəlcədən planlaşdırıldığı kimi cari ildə deyil, 2021-ci ildə istifadəyə veriləcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.