Maraqlı

“Apple” şirkəti “Intel”in prosessorlarından imtina edəcək

13 İyun 2020 07:51
Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" öz kompüterlərində "Intel" şirkətinin çiplərindən istifadəni dayandıracaq. Bu haqda öz mənbələrinə istinadən "Bloomberg" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, agentliyin məlumatına görə, şirkət 22 iyunda başlayacaq "WWDC" tədbirində öz istehsalı olan prosessorlarla təchiz edilmiş "Mac" kompüterləri layihəsini elan edəcək. "Apple" indiyədək də öz istehsalı olan çiplərlə təchiz edilmiş smartfon və planşetlər təqdim edib. Mənbələrin fikrincə, yeni çiplərlə təchiz edilmiş ilk kompüterlər yalnız 2021-ci ildə əlçatan olacaq.

"Intel"in məhsulundan imtina "Mac" kompüterlərinin məhsuldarlığını yaxşılaşdırmaq və texnikanın enerji səmərəliliyini yüksəltmək istəyi ilə bağlıdır. Həmçinin öz istehsalatı olan komponentlərə keçid istehsalda gecikmələr ehtimalını azaldacaq. "Bloomberg"in analitikləri hesab edirlər ki, elektron komponentlərin qiyməti, həmçinin azalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.