Maraqlı

Xərçəngin beyinə yayılmasına kömək edİr...

13 İyun 2020 21:55
Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər nikotinin xərçəngin beynə yayılmasına kömək etdiyini açıqlayıblar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Wake Forest Universitetinin alimləri bildiriblər. Alimlərə görə, nikotin, ağciyərlərdən beyinə metastazların yayılmasına əlverişli şərait yaradır. Onlar laboratoriya siçanları üzərində təcrübə keçərək nikotinin köməkçi beyin hüceyrələrinin fəaliyyətinə təsir etdiyini aydınlaşdırıblar. Bildirilir ki, maddənin özü xərçəng yaratmasa da, ağciyər xərçəngi olan xəstələrdə metastazların yayılmasını təhrik edir. Tədqiqatın nəticələri ilə bağlı məqalə "Experimental Medicine" jurnalında dərc edilib. Beləliklə, hesab olunur ki, onkoloji şişlə mübarizə dövründə xəstələr nikotindən uzaq durmalıdırlar. Bununla yanaşı mütəxəssislər dağtərxunu bitkisinin ekstraktından olan parthenolide maddəsinin nikotinin beyin hüceyrələrinə daxil olmasının qarşısını ala biləcəyini müəyyən ediblər. Yaxın gələcəkdə alimlər ağciyər xərçəngi olan siqaret istifadəçilərində həmin maddəni sınamaq niyyətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.